Rusiya-Ukrayna müharibəsi UZUN çəkəcək – Almaniya kansleri 

Rusiya-Ukrayna müharibəsi UZUN çəkəcək – Almaniya kansleri 

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsi UZUN çəkəcək – Almaniya kansleri 

163794

Almaniya kansleri Olaf Şolts Rusiya ilə Ukrayna arasında müharibənin uzun müddət davam edə biləcəyini bildirib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, buna hazır olmağa çağırıb. 

Kansler qeyd edib ki, Rusiyanın hərbi əməliyyatları dayandıracağına və qoşunlarını geri çəkəcəyinə dair heç bir əlamət yoxdur. NATO-nun baş katibi Yens Stoltenberq də oxşar bəyanatla çıxış edib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO