ABŞ Yaxın Şərqə əlavə 20-25 qırıcı göndərəcək

ABŞ Yaxın Şərqə əlavə 20-25 qırıcı göndərəcək

Hazırda oxunan: ABŞ Yaxın Şərqə əlavə 20-25 qırıcı göndərəcək

158951

ABŞ Qəzza zolağı ətrafında gərginliyin hökm sürdüyü bir vaxtda İranı cilovlamaq üçün Yaxın Şərqə əlavə 20-25 F-35 və F-15 qırıcıları göndərəcək.

Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Çox güman ki, bu bölgəyə təxminən 20-25 döyüş təyyarəsi göndəriləcək”, - nəşr yazır.

Telekanalın məlumatına görə, qırıcıların təhvil verilməsində məqsəd “İran təcavüzünün” və İsrail sərhədlərindən kənarda hərbi əməliyyatların artmasının qarşısını almaqdır.

Qırıcıların bölgəyə dəqiq nə vaxt çatacağı açıqlanmır. Daha əvvəl WP bildirmişdi ki, İsrail ABŞ-dan ələ keçirən raketlər və digər döyüş sursatları ehtiyatını artırmağı xahiş edib.

ABŞ-ın HƏMAS-ın hücumuna görə Aralıq dənizinin şərqinə bir təyyarədaşıyan göndərəcəyi də məlum olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO