Viktor Orban: “Macarıstan Avropada miqrantların olmadığı yeganə ölkədir”

Hazırda oxunan: Viktor Orban: “Macarıstan Avropada miqrantların olmadığı yeganə ölkədir”

145120

“Macarıstan Avropa məkanında qeyri-leqal mühacirlərin olmadığı yeganə ölkədir”. 

Bizim.Media xəbər verir ki, bunu Macarıstan Baş nazir Viktor Orban Avstriyanın paytaxtı Vyanada keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. 

Budapeştin sərhədləri boyu mühafizə edilən sədd çəkdiyini qeyd edən Orban, eyni zamanda, qanuni şəkildə sığınacaq prosedurundan keçən mühacirlərin ölkəyə girmək hüququnun olduğunu da vurğulayıb. 
Qeyd edək ki, bu gün Vyana şəhərində Avstriya, Macarıstan və Serbiyanın qeyri-leqal mühacir probleminə həsr olunan üçtərəfli sammiti keçirilib. 

Qanunsuz mühacirlərə qarşı daim sərt mövqe tutan Macarıstan Yaxın Şərq və Şimali Afrikadan olan qaçqınların qəbuluna qarşı çıxır, onların Avropa ölkələrində kvota üzrə yerləşdirilməsinə dair Brüsselin tövsiyəsini yerinə yetirmək niyyətində olmadığını bildirir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO