Yaponiyalı akademik Ermənistan sərhəddindən QOVULDU 

Hazırda oxunan: Yaponiyalı akademik Ermənistan sərhəddindən QOVULDU 

143460

Türkiyədə yaşayan yaponiyalı akademik iki gün öncə Ermənistana səfər edib. Keiuseka Vakizake İstanbul Texnik Unversitetinin akademiki olduğu, Türkiyədə çalışdığı üçün Ermənistana buraxılmayıb. 

Bizim.Media xəbər verir ki, o, bu barədə facebook hesabında məlumat verib. 

"Bu gün Qafqaz üzrə çalışan akademik kimi Ermənistandan qovuldum. Məni türk agenti olmaqda ittiham etdilər və təhqir etdilər. Erməni polisləri məni söydülər. Ermənicə bildiyim üçün deyilənlərin hamısını aydın başa düşdüm. Bir akademikin Ermənistandan gələn arzuolunmaz ziyarətçilər siyahısında olması həqiqətən gülməlidir. Bu, diplomatik adətlərə və qonaqpərvərliyə uyğun davranış deyil. Bu olsa olsa sadəcə qalmaqaldır", - deyə Keiuseka Vakizake qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO