Avropa Parlamenti Kaxovka SES-in dağıdılmasını HƏRBİ CİNAYƏT kimi tanıdı

Avropa Parlamenti Kaxovka SES-in dağıdılmasını HƏRBİ CİNAYƏT kimi tanıdı

Hazırda oxunan: Avropa Parlamenti Kaxovka SES-in dağıdılmasını HƏRBİ CİNAYƏT kimi tanıdı

141534

Avropa Parlamentinin deputatları Rusiya hərbçiləri tərəfindən iyunun 6-da Uraynanın Kaxovka Su Elektrik Stansiyasının (SES) bəndinin partladılmasını hərbi cinayət adlandırıblar.

Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasının yekunlarına dair bəyanatında deyilir.

Qeyd edilir ki, parlamentarilər Rusiya hərbçilərinin bu hərəkətlərini kəskin pisləyiblər. Deputatlar Avropa Şurasının ayın sonunda Brüsseldə keçiriləcək iclasına hazırlıq prosesini nəzərdən keçiriblər.

Deputatlar Aİ-ni Ukraynaya güclü dəstəyi davam etdirməyə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə və rusiyalı oliqarxların milyardlarla aktivlərinin Ukraynanın yenidən qurulmasına yönəltməyə çağırıblar.
Xatırladaq ki, iyunun 6-na keçən gecə Rusiya qoşunları Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Kaxovka Su Elektrik Stansiyasının bəndini partladıblar. Rusiyanın terror aktı nəticəsində Kaxovka su anbarından axıntı başlayıb - onlarla yaşayış məntəqəsi su altında qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO