Bayden səhhətindəki problemlərə görə tədbirlərdə iştirak etməyəcək

Bayden səhhətindəki problemlərə görə tədbirlərdə iştirak etməyəcək

Hazırda oxunan: Bayden səhhətindəki problemlərə görə tədbirlərdə iştirak etməyəcək

141129

ABŞ Prezidenti Cozef Bayden dişində yaranan problemlərə görə əməliyyat olunacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb. 

Bildirilib ki, iyunun 11-də diş ağrısı şikayəti ilə həkimə müraciət edən Baydenə iltihablı pulpanın çıxarılması üçün əməliiyat göstərişi verilib. 

Tibbi müdaxilə səbəbindən Bayden iyunun 12-nə planlaşdırılan ictimai tədbirdə iştirak edə bilməyəcək. Onun yerinə vitse-prezident Kamala Harrisin tədbirdə iştirak edəcəyi planlaşdırılır. 

Qeyd edək ki, daha əvvəl ABŞ rəhbəri Koloradoda Hərbi Hava Qüvvələri Akademiyasının məzunlarını təbrik edərkən səhnədə yıxılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO