“Ordumuz əks hücuma hazırdır” – Zelenski  

Hazırda oxunan: “Ordumuz əks hücuma hazırdır” – Zelenski  

139485

“Ordumuzun ümid etdiyi bütün silahları almamasına baxmayaraq, biz daha çox gözləyə bilmərik. Ordumuz əks hücuma hazırdır”. 

Bizim.Media “UNAİN”a istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib 

O əlavə edib ki, Ukrayna əks-hücum üçün bəzi əlavə resurslara sahib olmaq istəsə də, aylarla gözləyə bilməz. 

"Bunun nə qədər vaxt aparacağını və hansı qiyməti ödəyəcəyimizi dəqiq bilmirəm" dedi Zelenski. 

Ukrayna Prezidenti qeyd edib ki, Rusiyanın havada üstünlüyü var və təyyarələrdən müdafiənin olmaması əks-hücum zamanı böyük itkilərə səbəb ola bilər. Ukrayna lideri onu da vurğulayıb ki, Kiyev həm mülki əhalini, həm də cəbhə xəttindəki əsgərləri qorumaq üçün əlavə “Patriot” komplekslərinə ehtiyac duyur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO