Zəlzələ bölgəsində 54 minə yaxın evin tikintisi başladı

Zəlzələ bölgəsində 54 minə yaxın evin tikintisi başladı

Hazırda oxunan: Zəlzələ bölgəsində 54 minə yaxın evin tikintisi başladı
127312
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum zəlzələ bölgəsində görülən işlərlə bağlı məlumat verib.

Bizim.Media xəbər verir ki, nazir bu barədə Tviter səhifəsində yazıb.

"İndiyədək zəlzələ bölgəsində 53 830 evin tikinti prosesinə başlamışıq. Artıq onlardan 22 min 467-nin təməlini qoymuşuq. Canlanma və quruculuq prosesimizlə 11 şəhərimizdə yeni bir şəhərsalma dastanı yazacağıq!", - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. 
Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO