Mahsun Kırmızıgül azərbaycanlı şəhidin övladlarının təhsil haqqını ödəyəcək - VİDEO

Mahsun Kırmızıgül azərbaycanlı şəhidin övladlarının təhsil haqqını ödəyəcək - VİDEO

Hazırda oxunan: Mahsun Kırmızıgül azərbaycanlı şəhidin övladlarının təhsil haqqını ödəyəcək - VİDEO
125162
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur ulduzu Mahsun Kırmızıgülün Bakıdakı konserti baş tutub.

Bizim.Media xəbər verir ki, musiqi gecəsində azərbaycanlı şəhid Anar İsrafilovun sənətçinin "Annem-annem" adlı mahnısı oxuduğu video konsert məkanının böyük monitorunda nümayiş olunub.

Kırmızıgül tamaşaçılarla birgə sözügedən görüntüləri izlədikdən sonra bildirib ki, şəhidin atası və övladları konsertdədir.

Daha sonra müğənni onları səhnəyə dəvət edib. Bu zaman isə konsert salonunda oturan hər kəs ayağa qalxıb. Bunu görən Mahsun göz yaşlarına qərq olub.

Kırmızıgül şəhidin hər iki övladının təhsil haqlarını ödəyəcəyinə boyun olub. Müğənni onları İstanbula dəvət edəcəyinə də söz verib. 

Həmin anları sizə təqdim edirik:

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO