Moderator.az xəbər verir ki, Avropa Komissiyası “İraq Hava Yolları”x9dnı uçuşların təhlükəsizliyinə dair şərtləri yerinə yetirmədiyinə görə, qara siyahıya salıb.
Avropa Komissiyasının internet saytında yer alan press-relizdə qeyd edilir ki, “Avropa İttifaqının Mülki Aviasiya Uçuş Təhlükəsizliyi Siyahısı”x9dnda edilən son dəyişikliyə görə, Aİ daxilində tətbiq edilən uçuşların təhlükəsizliyinə dair şərtləri yerinə yetirmədiyinə görə, “İraq Hava Yolları”x9d, Aİ daxilində uçuşu qadağan olunan hava yolları siyahısına daxil edilib.
“İqtisadiyyata böyük zərbə”x9d
İraqın keçmiş Nəqliyyat Naziri müavini Bankin Rikani, bu qərarın həm İraq iqtisadiyyatına böyük zərbə vuracağını, həm də 70 illik “İraq Hava Yolları”x9d şirkətinin imicinə mənfi təsir göstərəcəyini qeyd edib.
Avropa Kommissiyası yenilənən siyahıda 2009-cu ildə “qara siyahı”x9dya daxil edilən “Air Astana”x9d hava yolları şirkətini siyahıdan çıxarıb.
Aİ-nin Nəqliyyat üzrə Komissarı Violeta Balk isə mətbuata açıqlamasında qeyd edib ki, Avropa vətəndaşlarının uçuş təhlükəsizliyini yüksək səviyyədə təmin etmək Avropa Komissiyası üçün prioritet təşkil edir.
Xatırladaq ki, Aİ daxilində uçuşu qadağan edilən hava yolları siyahısında Əfqanıstan, Qırğızıstan, İran, Nepal və bir neçə Afrika ölkəsinə aid hava yolları şirkətləri yer alıb.






































































































