ANAMA sahə əməkdaşlarına təlim keçdi - FOTO 

ANAMA sahə əməkdaşlarına təlim keçdi - FOTO 

Hazırda oxunan: ANAMA sahə əməkdaşlarına təlim keçdi - FOTO 
89934
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) 12 nəfər sahə əməkdaşına Təlim və Metodoloji Təminat şöbəsinin mütəxəssiləri tərəfindən Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) əsasən EOD-1 “Partlayıcı Sursatların Məhvedilməsi” təlimi keçirilib. 

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, üç həftədən ibarət təlimlər zamanı mina və partlamamış hərbi sursatlarla davranış, təhlükə dərəcəsinə görə qiymətləndirmə, onların daşınması, partlayıcı maddələrlə tanışlıq, elektrik və qeyri-elektrik üsullarla zərərsizləşdirmə metodları, eləcə də bu istiqamətdə hesabatların tərtibatı üzrə bilik və bacarıqlar tədris edilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azad olunan ərazilərdə daha 379 mina aşkarlandı


Nəzəri təlimləri əhatə edən iki həftəlik dərslər Agentliyin Göygöl Regional Mərkəzində, qabaqcıl təcrübə və metodların tətbiqi imkanlarından ibarət praktiki dərslər isə Horadiz Regional Mərkəzində keçirilib.

Müəyyən olunan qiymətləndirmə meyarları üzrə əməkdaşlar təlimləri müvəffəqiyyətlə başa vurub, “Partlayıcı Sursatların Məhvedilməsi” üzrə sertifikat əldə edib.

Növbəti addım olaraq, əməkdaşlar partlayış qruplarının tərkibinə təhkim edilərək, əməliyyat zamanı aşkar edilən mina və partlamamış hərbi sursatların keçirilən EOD-1 səviyyəsinə uyğun olaraq tək-tək partlayış yolu ilə zərərsizləşdiriləməsini həyata keçirəcək. 
Qeyd edək ki, ANAMA-nın sahə əməkdaşlarının mütəmadi olaraq ixtisasartırma təlimlərinə cəlb edilməsi kadr potensialının gücləndirilməsində, eləcə də Qarabağda aparılan təmizləmə əməliyyatlarının miqyasının artırılmasında mühüm rol oynayır. 

Bizim.Media

ANAMA sahə əməkdaşlarına təlim keçdi - FOTO  - foto 1
ANAMA sahə əməkdaşlarına təlim keçdi - FOTO  - foto 2
ANAMA sahə əməkdaşlarına təlim keçdi - FOTO  - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO