"Dəniz kuboku"nun təntənəli açılış mərasimi keçirildi

Hazırda oxunan: "Dəniz kuboku"nun təntənəli açılış mərasimi keçirildi

88733

Bakıda keçirilən "Beynəlxalq Ordu Oyunları -2022" yarışları çərçivəsində "Dəniz kuboku" müsabiqəsinin açılış mərasimi olub.

Bizim.Media xəbər verir ki, təntənəli açılış mərasimində hərbçilər, ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin diplomatik təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

İştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaranması məqsədilə keçirilən yarışlar - "Tank biatlonu", Snayper həddi", "Artilleriya atəşinin ustaları", "Dəniz kuboku" müsabiqələri ilə keçiriləcək.

Müsabiqələr Rusiya, İran, Qazaxıstan və Azəribaycanda baş tutacaq. Bakıda keçirilən "Dəniz kuboku" yarışlarında Azərbaycan, İran, Qazaxıstan Hərbi Dəniz qüvvələrinin, həmçinin Rusiyanın gəmi heyətləri iştirak edir.

"Dəniz kuboku" - artilleriya atəşkəsləinin yerinə yetirilməsi, gəminin dayanıqlığı uğrunda mübarizə, xilasetmə hazırlığı və dəniz hazırlığı adlı üç mərhələdə keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO