"Şampan butulkasını tam yemişəm" - Şüşə yeyən azərbaycanlı - VİDEO

Hazırda oxunan: "Şampan butulkasını tam yemişəm" - Şüşə yeyən azərbaycanlı - VİDEO

88455
Stəkanda çay içmir,heç su içmək fikri də yoxdur. Şüşə qabı iştahla yeyir bu adam.
 
Moderator.az Region TV-yə istinadən xəbər verir ki, görənləri heyrətləndirən şəxs Ağstafanın Tatlı kənd sakinidir. 33 ildir şüşə yeyən 49 yaşlı Bəxtiyar Qurbanov bu bacarığını Qazaxıstanda olarkən ortaya çıxdığını deyir. 49 yaşlı kişi şüşə, saxsı qablar, müxtəlif metal əşyalar yediyini bildirdi. Çay stəkanını iştahla yeyən kənd sakini bu günə kimi 200 kq-a qədər şüşə həzm etdiyini deyir. Maraqlısı ondan ibarətdir ki, şüşə, müxtəlif materiallar onun səhhətində hər hansı problem yaratmayıb.
Uzun illər müxtəlif ölkələrdə yaşayan Tatlı kənd sakini bu bacarığı ilə Ginnesin rekordlar kitabına düşmək fikrindədir. Heç kimə bu sirri açmayan 49 yaşlı Bəxtiyar Qurbanov ən dadlı şüşənin büllur olduğunu deyir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO