20 nəfəri mina partlayışından xilas edən əsgər danışdı: “Heç bilməzdim ki...”

20 nəfəri mina partlayışından xilas edən əsgər danışdı: “Heç bilməzdim ki...”

Hazırda oxunan: 20 nəfəri mina partlayışından xilas edən əsgər danışdı: “Heç bilməzdim ki...”
71699
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir müddət əvvəl Kəlbəvərdə İctimai Televiziyanın çəkilişi zamanı 20 nəfəri mina partlayışından xilas edən Azərbaycan Milli Ordusunun 19 yaşlı əsgəri Mərdəli Aşurov qulluq etdiyi hərbi hissə tərəfindən 7 günlük məzuniyyətlə mükafatlandırılıb.

Bizim.Media xəbər verir ki, hazırda doğulduğu Qubanın Qımıl kəndində doğmaları ilə olan cəsur əsgərin qəfil gəlişi ailəyə həm sürpriz, həm də xoş olub.

Atası Fərhad kişi deyir ki ,"heç gözləmirdik, gecə bir də gördük ki, Mərdəli gəlib. Çox sevindik". 19 yaşlı əsgər Mərdəli Aşurov "Necə oldu ki, sən həmin yerdə mina gördün və hansı hissləri keçirdin?” sualına çox soyuqqanlı, həm də cəsarətli cavab verib:

"Mən əsgərlikdə minanın yerinin necə müəyyən edilməsini öyrənmişəm. Burda təəccüblü nə var  ki? Mən sadəcə Vətən qarşısında öz borcumu yerinə yetirirəm. Heç bilməzdim ki, bunu qəhrəmanlıq hesab edərlər, mən əsgər kimi Vətənimə xidmət edirəm”.
Milliyyətcə ləzgi olan Mərdəli Aşurov hərbi xidmətdən sonra Silahlı Qüvvələrın sırasında xidmət etməyi düşünür.

Aytəkin Alxaslı, Bizim.Media

20 nəfəri mina partlayışından xilas edən əsgər danışdı: “Heç bilməzdim ki...” - foto 1
20 nəfəri mina partlayışından xilas edən əsgər danışdı: “Heç bilməzdim ki...” - foto 2
20 nəfəri mina partlayışından xilas edən əsgər danışdı: “Heç bilməzdim ki...” - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO