Lənkəranda ağır qəza - Avtomobil hasara çırpılıb, ölən və yaralananlar var

Lənkəranda ağır qəza - Avtomobil hasara çırpılıb, ölən və yaralananlar var

Hazırda oxunan: Lənkəranda ağır qəza - Avtomobil hasara çırpılıb, ölən və yaralananlar var
650104
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib, bir neçə nəfər xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Köhnə Ələt-Astara avtomobil yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili xalça fabrikinin hasarına çırpılıb.

Qəza nəticəsində bir nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin əməkdaşları və polis qüvvələri cəlb olunub.

Avtomobildə sıxılmış vəziyyətdə qalan ölən şəxsin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO