Terminallarda 500 manatdan yuxarı ödənişlərə yeni qayda - Foto

Terminallarda 500 manatdan yuxarı ödənişlərə yeni qayda - Foto

Hazırda oxunan: Terminallarda 500 manatdan yuxarı ödənişlərə yeni qayda - Foto
648057
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur.

Bizim.Media xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsal platformalar vasitəsilə təsdiqləməlidirlər.

Milliön terminallarında təsdiq prosesi Bir ID, SİMA və ya MyGov vasitəsilə həyata keçirilir. Bir ID ilə təsdiq prosesi Birbanktətbiqi üzərindən edilə bilər.

Təsdiq prosesi necə işləyir?

1. Terminalda istədiyiniz xidməti seçin və məbləği daxil edin.

2. Məbləğ 500 AZN-dən çox olduqda, terminalın ekranında Bir ID, SİMA və ya MyGov vasitəsilə təsdiq seçimləri göstəriləcək.

3. Seçiminizi etdikdən dərhal sonra terminalda QR kod əks olunacaq.

4. Telefonunuzda müvafiq tətbiqi açın və QR kodu skan edərək şəxsiyyətinizi təsdiqləyin.

5. Təsdiq uğurla tamamlandıqdan sonra ödənişinizi həyata keçirin.

Vacib qeyd: 500 AZN-dən yuxarı ödənişlərinizi rahat həyata keçirmək üçün müvafiq tətbiqlərdən ən azı birinin aktiv olduğundan əmin olun.

Bir ekosisteminin ödəniş terminalı şəbəkəsi olan Milliön Azərbaycanda nağd ödənişlərdən elektron ödənişlərə keçid bazarının mübahisəsiz lideridir. Rahatlıq, sürət və etibarlılıq prinsipləri üzərində qurulan şəbəkə gündəlik ödənişlərin idarə olunmasını tamamilə asan və təhlükəsiz edir.

Milliön müştəri xidmətləri: *0010

Terminallarda 500 manatdan yuxarı ödənişlərə yeni qayda - Foto - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO