Yusif Axundov yüksək vəzifəyə TƏYİN OLUNDU

Yusif Axundov yüksək vəzifəyə TƏYİN OLUNDU

Hazırda oxunan: Yusif Axundov yüksək vəzifəyə TƏYİN OLUNDU

641949

Yusif Axundov Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Yusif Axundov 2001-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavriat, 2003-cü ildə isə magistratura təhsilini başa vurub.

Əmək fəaliyyətinə 2002-ci ildə “Azərenerji” ASC-də mühəndis kimi başlayan Yusif Axundov 2005–2008-ci illərdə “McDermott Caspian Contractors Inc” şirkətində tərcüməçi və inzibatçı, 2008–2013-cü illərdə Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Kommersiya şöbəsində iqtisadi məsələlər üzrə müşavir vəzifələrində çalışıb.
 

2013–2017-ci illərdə “Gilan-Qəbələ Konserv Zavodu” MMC-də ixracat üzrə mütəxəssis və şöbə müdiri, 2018–2020-ci illərdə “Mars FK LTD” MMC-nin direktoru olub. 2024-cü ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.


12 oktyabr 2026-cı il tarixindən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO