Masazırda 4 avtomobil külə döndü – VİDEO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

Hazırda oxunan: Masazırda 4 avtomobil külə döndü – VİDEO

641421

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. Hadisə "Yeni Bakı" yaşayış massivində yerləşən yaşayış komplekslərindən birinin həyətində baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar:

"Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində "Mercedes", "Lada" və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri, həmçinin "Renault" markalı minik avtomobili qismən yanıb. Yüksək temperaturun təsirindən BAIC markalı minik avtomobilinin arxa işığı qismən əriyib".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO