Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Hazırda oxunan: Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

641215

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 9-da Xətai rayonunda 10/0.4 kV-luq Transformator Məntəqəsində (TM) təmir, Binəqədidə isə 6 kV-luq “Masazır-1” və “Masazır-2” hava xətlərində yenidənqurma işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib.

Məlumata görə, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 15:00-dək Gəncə prospektinin bir hissəsində və 191 saylı məktəbin ətrafında elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq:

“Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO