Qarabağ Universitetinin tələbəsi qlobal liderlik proqramının məzunu oldu

Qarabağ Universitetinin tələbəsi qlobal liderlik proqramının məzunu oldu

Hazırda oxunan: Qarabağ Universitetinin tələbəsi qlobal liderlik proqramının məzunu oldu

641107

Qarabağ Universitetinin Pedaqoji fakültəsinin İngilis dili ixtisası üzrə III kurs tələbəsi Vəfa Həsənova 2026-cı ildə dünyanın müxtəlif ölkələrindən seçilmiş gənclərin iştirak etdiyi “Aspire Leaders Program”ının 3-cü iştirakçı qrupuna qəbul olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Qarabağ Universitetinin Pedaqoji fakültəsi məlumat yayıb.

Bildirilib ki, Harvard Universitetində əsası qoyulan və hazırda Aspire Institute tərəfindən həyata keçirilən proqram təxminən üç ay davam edib.

Proqram müddətində Vəfa Həsənova liderlik, şəxsi və peşəkar inkişaf, problem həlli və layihələrin idarə olunması ilə yanaşı, məqsədlərin düzgün müəyyənləşdirilməsi, fəaliyyətin qiymətləndirilməsi, maraqlı tərəflərlə iş, süni intellekt və rəqəmsal transformasiya istiqamətləri üzrə müxtəlif təlim və praktiki fəaliyyətlərdə iştirak edib.

Tələbə proqram çərçivəsində bütün qiymətləndirmə mərhələlərini uğurla tamamlayaraq rəsmi “Aspire Leaders” məzunu olub.

Qeyd edək ki, “Aspire Leaders Program” 2017-ci ildə Harvard Universitetində əsası qoyulan və hazırda müstəqil qeyri-kommersiya təşkilatı olan Aspire Institute tərəfindən həyata keçirilən, dünyanın müxtəlif ölkələrindən gənclərin iştirak etdiyi pulsuz beynəlxalq liderlik və peşəkar inkişaf proqramıdır. Proqram iştirakçılara liderlik, karyera inkişafı, problem həlli, rəqəmsal transformasiya və süni intellekt kimi istiqamətlər üzrə bilik və praktiki bacarıqlar qazandırır. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO