Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO

Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO

Hazırda oxunan: Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO
640982
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa Parlamentinin Strasburqdakı binasında ABŞ Prezidenti Donald Trampı təsvir edən satirik qızıl heykəl quraşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
 

Məlumata görə, 2,5 metr hündürlüyündə olan instalyasiya Danimarkalı heykəltəraş Yens Qalşiot tərəfindən hazırlanıb və 23 karatlıq qızıl təbəqə ilə örtülüb. “Narıncı vəba” (“Orange Plague”) adlandırılan əsərdə Tramp tamamilə çılpaq şəkildə alçaqboylu bir kişinin çiyinlərində oturmuş vəziyyətdə təsvir olunub.


Heykəldə Trampın bir əlində qolf çubuğu, yanında Yer kürəsi formasında top, digər əlində isə tərəzi təsvir edilib.

Heykəlin üzərində “Ədalətsizlik kralı”na aid edilən satirik and da həkk olunub:

“İnsanın kürəyində otururam. O, mənim yükümün altında batır. Mən ona kömək etmək üçün hər şeyi edəcəyəm. Kürəyindən enməkdən başqa”.

Siyasi mövzulu heykəlləri ilə tanınan Qalşiot əsəri ABŞ-nin ekoloji və xarici siyasətindəki qeyri-sabitliyə qarşı “satirik etiraz” kimi təqdim edib.

Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO - foto 1
Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO