Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Hazırda oxunan: Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

640615

Elektrik enerjisinin verilişinin keyfiyyətinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 6-da Yasamal rayonunda transformator məntəqəsində təmir işləri aparılacaq.

“Azərişıq” ASC-dən Bizim.Media-ya bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Bəşir Səfəroğlu, İzmir, Məhəmməd Xiyabani, Mirəli Seyidov və Nəriman Nərimanov küçələrində, Tbilisi prospektində, həmçinin Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təmin olunacağı bildirilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO