Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Hazırda oxunan: Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

640201

Tennis oynamaq uzunömürlülüyə müsbət təsir edir.

Bizim.Media xəbər verir ki, "Clinic Proceedings" jurnalında dərc olunan araşdırmaya görə, tennis oynayan insanlar hərəkətsiz həyat tərzi keçirənlərlə müqayisədə orta hesabla təxminən 10 il daha çox yaşaya bilərlər.

Bəs tennisin digər idman növlərindən fərqi nədir?

Araşdırmaçılar tennisin futbol, velosiped sürmə, üzgüçülük və qaçışla müqayisədə uzunömürlülüyə daha güclü təsir göstərdiyini bildirirlər.

"British Journal of Sports Medicine"jurnalında yayımlanan başqa bir araşdırmada isə tennis oynayanların ürək xəstəliklərindən ölüm riskinin tennis oynamayanlarla müqayisədə 56 faiz daha aşağı olduğu müəyyənləşdirilib.
 

Bu göstəricinin üzgüçülük, aerobika, velosiped sürmə və qaçışla müqayisədə daha yüksək olduğu qeyd edilib. Tennis, həmçinin hər hansı səbəbdən vaxtından əvvəl ölüm riskinin 47 faiz azalması ilə əlaqələndirilib.


Tennis zamanı oyunçular kortda qaçır, istiqaməti dəyişir, raketlə zərbə vurmaq üçün bədənlərini döndərir və müxtəlif sürətli hərəkətlər edir. Bu prosesdə ayaq, qarın, çiyin və qol əzələləri aktiv şəkildə işləyir.

Mütəxəssislərin sözlərinə görə, tennis həmçinin balans və koordinasiyanı inkişaf etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO