Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Hazırda oxunan: Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

640011

Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin əməkdaşları birgə əməliyyat keçirib.

Bizim.Media xəbər verir ki, əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl gizlədilən silah-sursat aşkar edilib.

Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində yerləşən köhnə tikilinin yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “AKM 74” markalı avtomat silah, ona məxsus 4 ədəd daraq və 105 ədəd 5,45 mm kalibrli güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO