Milli Məclsiin deputatı Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında bir sıra təkliflərlə çıxış edib.
Bizim.Media xəbər verir ki, onlardan biri də ailə dəyərlərinin qorunması ilə bağlıdır.
Deputat bildirib ki, bu gün Azərbaycan ailə dəyərləri çox ciddi təhdid və təhlükələrlə üz-üzədir:
“Ailə dəyərlərində müəyyən tənəzzülün baş verdiyi müşahidə olunur. Bu baxımdan proseslərin qarşısını alınması üçün əlavə qərar və qanunların qəbul olunmasına ehtiyac olduğunu düşünürəm. Proseslər bu tempdə davam etsə, gələcəkdə Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”.
Milli Məclisin sədri Sahibə Qafarova isə onun fikirlərinə münasibət bildirib. O, ailə dəyərlərinin qısa zamanda yox olması ilə bağlı pessimist yanaşmanın düzgün olmadığı və heç nə ilə təsdiqlənmədiyini bildirib.
Qeyd edək ki, deputat süni intellekt, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı da qanun layihəsinin hazırlanmasını təklif edib.
Günay Şahmar, Bizim.Media




































































































