Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Hazırda oxunan: Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

639505

Leyla Hüseynova anasının stomatoloji müalicə zamanı səhlənkarlığa yol verildiyini iddia edir.

Bizim.Media xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən şikayətçinin sözlərinə görə, anası iki ay əvvəl diş ağrısı ilə 6 saylı poliklinikaya müraciət edib.

İddiaya əsasən, həkim Salam Məmmədov pasiyentin dişini rentgen müayinəsi aparmadan adi stomatoloji kabinet şəraitində çəkib.

Qadın bildirir ki, daha sonra anasının ağız boşluğunda təxminən 5 millimetrlik yara aşkarlanıb. Aparılan müayinələr və biopsiyadan sonra həmin yaranın bədxassəli olduğu məlum olub.

"Bir ay sonra ağız nahiyəsində yara gördüm. Həmin yara böyümüş və daha da yayılmışdı. Elmi-Tədqiqat İnstitutuna müraciət etdik və bizə biopsiya götürülməsinin vacib olduğu bildirildi.

Nəticədə məlum oldu ki, bu, xərçəngdir. Biz pasiyent olaraq bunu əvvəlcədən bilmirdik. Həkim yaranı gördükdə bizi mütəxəssisə yönləndirməli idi", - deyə L.Hüseynova sözlərinə əlavə edib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə sorğu ünvanlanıb.

Qurumdan bildirilib ki, səsləndirilən iddialarla bağlı Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən araşdırma aparılır. Tibbi protokollara uyğunsuzluq halları müəyyən ediləcəyi təqdirdə həkim-stomatoloq barəsində zəruri tədbirlər görüləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO