Dövlət qurumunda YENİ TƏYİNAT - FOTO

Dövlət qurumunda YENİ TƏYİNAT - FOTO

Hazırda oxunan: Dövlət qurumunda YENİ TƏYİNAT - FOTO

639340

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan "Azərpambıq Aqrar Sənaye Kompleksi"inin Baş direktoru Fəxri Mehdiyev özünə müşavir təyin edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Afər Mehrabova Əzimova baş direktorun müşaviri vəzifəsinə təyin olunub.

Bundan əvvəl o, Satınalma və təchizat zənciri şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
 

Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur.


Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə və Biləsuvarda yerləşirlər), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucarda), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur. (iqtisadiyyat.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO