Bakıda avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Bakıda avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Hazırda oxunan: Bakıda avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

639148

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bakı Şəhər DYP İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, DYP-nin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Subaru” markalı, 99-LT-866 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Məmmədov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO