Bakıətrafı bəzi kənd və qəsəbələrə dəmir yolu xəttinin çəkilməsi təkcə nəqliyyat məsələsini həll etməyəcək, həm də əmlak bazarına təsir göstərəcək. 2025-2030-cu illəri əhatə edən Dövlət proqramında nəzərdə tutulan bəzi xətlərin yaxınlığında torpaq və evlərə marağın artacağı gözlənilir.
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, Zabrat, Maştağa, Bakıxanov, Binə, Qala, Yeni Suraxanı, Hövsan, Güzdək və Qaradağ istiqamətlərində dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi həmin ərazilərə marağı artıra bilər.
Adıçəkilən bu qəsəbələrə Dövlət proqramı çərçivəsində 2030-cu ilə qədər sürət qatarının getməsi üçün dəmir yolu xətləri çəkiləcək. Artıq bəzi ərazilərdə işlərə də başlanıb.
Ekspertlər hesab edirlər ki, xüsusilə dəmir yolu stansiyalarına yaxın ərazilərin nəqliyyat baxımından daha əlçatan olması daşınmaz əmlak bazarında yeni qiymət dinamikası yarada bilər.
Nəqliyyat imkanlarının genişlənməsi xüsusilə şəhərdən kənarda daha münasib qiymətə ev və torpaq axtaranlar üçün bu əraziləri cəlbedici edə bilər.
Ekspert Elnur Fərzəliyevin sözlərinə görə, tələb artdıqca qiymətlərdə də ciddi dəyişiklik ehtimalı yaranır.
Yəni şəhər mərkəzindən uzaq hesab olunan bəzi qəsəbələrdə nəqliyyat əlçatanlığı əmlakın qiymətinə təsir edən əsas amillərdən birinə çevrilə bilər. Xüsusilə dəmir yolu stansiyalarına yaxın ərazilərdə qiymət artımının daha nəzərəçarpan olması gözlənilir.
Daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:03 / 27.09.2026
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - VİDEO
Hazırda oxunan: Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - VİDEO
Hazırda oxunan: Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - VİDEO
639101
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































