Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ

Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ

Hazırda oxunan: Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ

638142

Naxçıvanda valideynini döyən oğul həbs edilib.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə Şərur rayonunda baş verib.

50 yaşlı Səxavət Kərimov yaşadıqları evdə valideynini döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında S. Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Kərimovun sözlərinə görə, hadisə baş verən gün sərxoş olub:

“Münaqişə baş verən zaman zərərçəkmiş şəxsi yüngülvari itələdim və o da müvazinətini itirərək, harasa dəydi. Zərərçəkmiş şəxsi heç vaxt döyməmişəm, nə vaxt evə gəlirdimsə, valideynim mənimlə çıx get mənim evimdən deyə mübahisə edirdi. Həmin hadisədən sonra valideynim evi tərk edib getdi. Valideynimdən gəlib şikayətini götürməsini xahiş etsək də, şikayətini götürmədi”.
S. Kərimov əməlindən peşman olduğunu və yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Zərərçəkən şəxs isə oğlundan narazılığını və ondan çoxlu şikayətinin olduğunu bildirib:
 

“Oğlum bütün günü spirtli içki qəbul edir. Gecə saat 3-4 radələrində evə gələrək məni yuxudan oyadıb ev mənimdir, sən çıx get deyə, məni çölə atdı. Evdə yemək yediyim zaman oğlum gələrək yeməyi vurub yerə tökdü, başımdan vurdu. Dəfələrlə oğlum tərəfindən fiziki zorakılığa və döyülməyə məruz qalmışam. Oğlum mənə deyir ki, çıx get qızının yanına. Mənə daşla və yumruqla zərbələr endirib”.


Zərərçəkən şəxs oğluna ən ağır inzibati həbs cəzası verilməsini xahiş edib. Məhkəmənin qərarı ilə Səxavət Kərimov 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO