Biləcəri stansiyasından istifadə edən sərnişinlərə ŞAD XƏBƏR

Biləcəri stansiyasından istifadə edən sərnişinlərə ŞAD XƏBƏR

Hazırda oxunan: Biləcəri stansiyasından istifadə edən sərnişinlərə ŞAD XƏBƏR

638101

Yeni tədris mövsümündən artan sərnişin axınının daha çevik idarə edilməsi məqsədilə Bakı və Sabunçu vağzalları, Pirşağı, Xırdalan, Koroğlu, Bakıxanov, Məmmədli və Dərnəgül stansiya və dayanacaqlarındakı turniketlərdə bank kartı ilə keçid üçün əlavə 58 validator quraşdırılıb.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib.

O qeyd edib ki, ADY elektron ödəniş imkanlarının artırılması istiqamətində işləri davam etdirir:

“Bu yenilik sərnişinlərin alternativ ödəniş vasitələrindən daha geniş istifadəsinə şərait yaradır”.

Biləcəri stansiyasında bank validatorlarının sayının artırlması məsələsinə gəldikdə isə qurum rəsmisi bu sayın artırılmasının planlaşdırıldığını qeyd edib:

“Biləcəri stansiyasındakı turniketlərdə Sumqayıt istiqamətində 8 çıxış və 3 giriş, Bakı istiqamətində isə 3 çıxış və 3 giriş üçün nəzərdə tutulmuş bank validatorları var. Validatorların mərhələli şəkildə digər stansiyalar, o cümlədən Biləcəri stansiyasında artırılması planlaşdırılır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO