Bakıda 6 dost gecə dəhşət yaşadı - FOTO

Bakıda 6 dost gecə dəhşət yaşadı - FOTO

Hazırda oxunan: Bakıda 6 dost gecə dəhşət yaşadı - FOTO

637156

Bu ilin fevral ayında paytaxtın Yasamal rayonu ərazisində baş vermiş ağır avtomobil qəzası ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Yasamal Rayon Məhkəməsində 22 yaşlı Əli Məmmədova hökm oxunub.

Məlum olub ki, hadisə gecə saat 04:20-də Kənar Dairəvi Yolun Yasamal rayonundan keçən hissəsində - üzü Lökbatan qəsəbəsi istiqamətində baş verib.

Həmin gecə Əli Murad, Cəfər və digər 3 dostu ilə evə qayıdırmış. "Khazar" markalı maşın Cəfərə məxsus olsa da, aralarında yeganə ayıq olan Əli sükan arxasına keçib. Lakin döngələrin birində o, idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı yük avtomobilinə çırpılıb.

Nəticədə, 21 yaşlı Murad Məhərrəmov həlak olub, dostlardan daha biri isə ağır xəsarət alıb. M.Məhərrəmov bərbər kimi fəaliyyət göstərirmiş. O, ailədə 4 qardaşın ən kiçiyi olub.

Məhkəmədə mərhumun ailəsi, eləcə də digər zərərçəkən şəxs Əlidən şikayətçi olmayıb.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Əliyə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Onun iki il müddətə sürücülük hüququ da məhdudlaşdırılıb və cəzasını məntəqə tipli müəssisədə çəkməsi bildirilib. (Qafqazinfo.az)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO