Şəmkirdə ailə münaqişəsi zamanı 28 yaşlı kişi yaşadığı evi yandırıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xuluf kəndində baş verib.
1998-ci il təvəllüdlü Rauf Vəliyev ailə üzvüləri ilə mübahisə edib və sonra yaşadığı evi yandırıb. Adı çəkilən şəxs hadisə yerindən qaçıb.
Əraziyə Şəmkir rayon Yanğından Mühafizə İdarəsinin yanğın söndürənləri və canlı qüvvəsi cəlb olunub. Edilən müfaxilə nəticəsində alov söndürülüb.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu





































































































