Gözəl yuxu üçün ən ideal otaq temperature HANSIDIR?

Gözəl yuxu üçün ən ideal otaq temperature HANSIDIR?

Hazırda oxunan: Gözəl yuxu üçün ən ideal otaq temperature HANSIDIR?

636643

Yuxu üçün optimal otaq temperaturu +18 ilə +20 dərəcə arasında olmalıdır.

Bizim.Media xəbər verir ki, bunu həkim-terapevt Tatyana Vinoqradova RT-yə müsahibəsində bildirib.

O qeyd edib ki, həddindən artıq isti hava yuxudan əvvəl bədən temperaturunun aşağı düşməsini çətinləşdirir. Buna görə də insan gecə daha tez-tez oyanır, yerində vurnuxur, susuzluq hiss edir və nəticədə səhər özünü gümrah hiss edə bilmir.
 

"İstilik sistemləri (batareyalar) işləyərkən otaqdakı rütubət tez-tez aşağı düşür, bu isə burun və boğazın selikli qişalarının qurumasına, ağızda quruluq hissinə və nəfəs alarkən narahatlığa səbəb ola bilər. Bu da öz növbəsində yuxunun keyfiyyətini pisləşdirir", — deyə Vinoqradova bəyan edib.


Həkim vurğulayıb ki, əgər gecə tərləmə, ağız quruluğu, boğulma hissi və ya istidən tez-tez oyanma kimi problemlər yaranırsa, yataq otağındakı temperaturu aşağı salmaq lazımdır.

Onun sözlərinə görə, otaqda həddindən artıq aşağı temperatur da zərərlidir. Çünki soyuq hava səbəbindən orqanizm əzələləri gərgin saxlayır və bu da tam dincəlməyə mane olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO