Ramiz Mehdiyevin işi məhkəməyə göndərildi: sabiq köməkçisi Eldar Əmirov da müttəhimdir

Ramiz Mehdiyevin işi məhkəməyə göndərildi: sabiq köməkçisi Eldar Əmirov da müttəhimdir

Hazırda oxunan: Ramiz Mehdiyevin işi məhkəməyə göndərildi: sabiq köməkçisi Eldar Əmirov da müttəhimdir
636610
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb.

Bizim.Media “gununsesi.info”ya istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlumata görə, iş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb. O da Ramiz Mehdiyevlə birlikdə mühakimə olunacaq.
 

Xəbərdə o da qeyd olunur ki, R.Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əlisəftər oğlu Əliyevin adları cinayət işində şahid qismində yer alıb. Onların da məhkəmədə ifadəsi dinləniləcək.


Sayt həmçinin yazıb ki, sabiq PA rəhbəri ilə əlbir fəaliyyətdə təqsirləndirilən AXCP sədri Əli Kərimlinin barəsindəki cinayət işinin Ramiz Mehdiyevin işindən ayrıldığı deyilir.

Hazırda Əli Kərimli ilə bağlı istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO