Belarus 2027-ci ildə Qarabağda Azərbaycanla birgə aqroşəhərcik tikməyi planlaşdırır

Belarus 2027-ci ildə Qarabağda Azərbaycanla birgə aqroşəhərcik tikməyi planlaşdırır

Hazırda oxunan: Belarus 2027-ci ildə Qarabağda Azərbaycanla birgə aqroşəhərcik tikməyi planlaşdırır
636276
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Belarus 2027-ci ildə Azərbaycanla birgə Qarabağda aqroşəhərcik tikintisinə başlamağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə “Report.az”a xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsini ziyarət edən Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.

Onun sözlərinə görə, hazırda bir sıra aqrosənaye komplekslərini də əhatə edəcək aqroşəhərciyin layihələndirilməsi davam edir.

"Biz 2027-ci ildə bəzi aqrosənaye kompleksləri ilə birlikdə aqroşəhərciyin layihələndirilməsini başa çatdıracağıq. Və əgər hər şey yaxşı olarsa, 2027-ci ildə orada birgə tikintiyə başlamağı planlaşdırırıq", - diplomat qeyd edib.

Dmitri Pinkеviç həmçinin deyib ki, 2027-ci ildə Ağdamda Belarus şirkəti "Vertus"un iştirakı ilə birgə lift istehsalını planlaşdırılır:

"2027-ci ildə Ağdamda biz həmçinin Belarus tərəfinin - "Vertusgülnar" şirkətinin iştirakı ilə Azərbaycan istehsalı olan liftlərin birgə istehsalını planlaşdırırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO