Mütəxəssislər: Yerləşmə izləmə smartfon batareyasını ən çox sərf edən funksiyalardandır

Mütəxəssislər: Yerləşmə izləmə smartfon batareyasını ən çox sərf edən funksiyalardandır

Hazırda oxunan: Mütəxəssislər: Yerləşmə izləmə smartfon batareyasını ən çox sərf edən funksiyalardandır
636245
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mütəxəssislər smartfonun batareya ömrünü əhəmiyyətli dərəcədə uzatmaq üçün söndürülməli olan funksiyaları müəyyən ediblər.

Bizim.Media xəbər verir ki, əgər “zaryadka” tez bitirsə, problem nasaz batareyada deyil, arxa fonda işləyən funksiyalardadır. Xüsusilə, davamlı olaraq yerləşmə məlumatının izlənilməsi külli miqdarda enerji sərf edə bilər.
 

Yerləşmə xidmətləri xəritələr, nəqliyyat və çatdırılma tətbiqləri, hava proqnozu xidmətləri və bəzi sosial media platformaları üçün vacibdir. Lakin əksər tətbiqlərin sizin yerləşmə məlumatlarınıza daimi çıxışına ehtiyac yoxdur. Çoxsaylı tətbiqlərə yerləşmə məlumatlarınıza daim çıxış icazəsi vermək cihaza əlavə yük yaradır.


Smartfonunuzun parametrlərini açın və yerləşmə xidmətləri bölməsini tapın. Orada yerləşmə məlumatlarınıza çıxış icazəsi olan tətbiqlərin siyahısını nəzərdən keçirə bilərsiniz.

Bu funksiyanı tamamilə söndürməyə ehtiyac yoxdur; sadəcə olaraq, daimi izləmə tələb etməyən tətbiqlər üçün çıxışı məhdudlaşdırmaq kifayətdir. İcazə parametrlərində adətən "Tətbiqdən istifadə zamanı" kimi seçim mövcud olur.

Bundan başqa, batareya ömrünü uzatmaq üçün ekranın parlaqlığını azaldın, arxa fon fəaliyyətini məhdudlaşdırın və istifadə etmədiyiniz zaman Bluetooth və Wi-Fi-ı söndürün.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO