Təsəlli verməyi sevən 3 BÜRC

Təsəlli verməyi sevən 3 BÜRC

Hazırda oxunan: Təsəlli verməyi sevən 3 BÜRC

635979

Bəzi insanlar öz həyatlarında çətinliklər yaşasalar belə, yaxınlarının problemlərinə biganə qalmırlar. Öz hisslərini bir kənara qoyaraq başqalarını dinləyən, sakitləşdirən və onlara tək olmadıqlarını hiss etdirən insanlar ətrafları tərəfindən etibarlı dost kimi tanınırlar.

Bizim.Media bildirir ki, astroloji yanaşmaya görə, Xərçəng, Balıq və Tərəzi bürcləri bu xüsusiyyətləri ilə daha çox seçilir.

Xərçəng

Xərçəng bürcündən olanlar güclü qoruma instinktləri ilə fərqlənirlər. Onlar sevdikləri insanların kədərli olduğunu çox vaxt həmin şəxs bunu dilə gətirməmişdən əvvəl hiss edə bilirlər.

Özləri problemlərlə üzləşsələr belə, qarşılarındakı insanı dinləyir, onu rahatlaşdırmağa və problemin həllinə kömək etməyə çalışırlar. Lakin başqalarının problemlərini öz dərdlərindən üstün tutmaları zamanla onların emosional cəhətdən yorulmasına səbəb ola bilər.

Balıq

Balıqlar yüksək empatiya qabiliyyətləri ilə tanınırlar. Onlar qarşılarındakı insanın hisslərini çox güclü şəkildə hiss edə və yaşaya bilirlər. Öz əhvalları yaxşı olmasa belə, başqasının çətinlik çəkdiyini gördükdə şəxsi problemlərini ikinci plana keçirərək həmin insana dəstək olmağa çalışırlar.

Balıq bürcü üçün bəzən sadəcə qarşı tərəfi səssizcə dinləmək kifayətdir. İnsanların mühakimə olunmadan öz hisslərini ifadə edə biləcəkləri mühit yaratmaları onların çətin anlarda müraciət edilən şəxslərdən birinə çevrilməsinə səbəb olur.

Tərəzi

Tərəzilər ətraflarında sülh və harmoniyanın olmasına böyük əhəmiyyət verirlər. Buna görə də kədərli və ya problem yaşayan birini gördükdə vəziyyəti yaxşılaşdırmağa çalışırlar.

Öz həyatlarında problemlər davam etsə belə, qarşılarındakı insana fərqli baxış bucağı təqdim edə, onu sakitləşdirə və yaşadığı çətinliyin öhdəsindən gələ biləcəyinə inandıra bilirlər.

İnsan münasibətlərinə böyük önəm verən Tərəzilər sevdiklərinin emosional ehtiyaclarına laqeyd qala bilmirlər. Onlar çox vaxt öz kədərlərini gizlədərək başqalarını rahatlaşdırır, ətraflarındakı insanlar getdikdən sonra isə öz hissləri ilə tək qalırlar. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO