505 nəfər üçün xüsusi imtahan şəraiti yaradıldı – FOTO

505 nəfər üçün xüsusi imtahan şəraiti yaradıldı – FOTO

Hazırda oxunan: 505 nəfər üçün xüsusi imtahan şəraiti yaradıldı – FOTO

635906

2026-cı ildə 505 nəfər əvvəlcədən müraciət edərək ehtiyacına uyğun xüsusi imtahan şəraiti istəyib. Bundan əlavə, xüsusi internat məktəblərinin buraxılış siniflərində təhsil alan 274 şagird üçün imtahan onların təhsil aldıqları müəssisələrdə təşkil olunub.

Bizim.Media xəbər verir ki, bu barədə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial media hesabında məlumat paylaşıb.

O bildirib ki, 2016-cı ildə sağlamlıq imkanları məhdud və ya inklüziv təhsil alan 132 iştirakçı üçün xüsusi şərait yaradılmışdısa, 2026-cı ildə bu rəqəm 929 nəfərə çatıb.

"İştirakçıların ehtiyacları müxtəlifdir: görmə və eşitmə məhdudiyyətləri, serebral iflic, autizm və epilepsiya spektri, hərəkət məhdudiyyətləri, şəkərli diabet və digər sağlamlıq vəziyyətləri. Buna görə də şərait hər bir iştirakçının fərdi ehtiyacına uyğun müəyyənləşdirilir.

Görmə məhdudiyyəti olanlar üçün xüsusi təlim keçmiş nəzarətçi və əlavə vaxt, eşitmə pozuntusu olanlar üçün surdoköməkçi və uyğunlaşdırılmış tapşırıqlar, hərəkət məhdudiyyəti olanlar üçün əlçatan bina və xüsusi avadanlıqlar təmin edilir. Zəruri hallarda eşitmə cihazı, lupa, şəkər pompası və digər tibbi vasitələrdən istifadəyə də imkan yaradılır.

İmtahan nəticəsi hamı üçün eyni meyarlarla müəyyənləşir. Biz isə həmin nəticəyə gedən yolda heç kimin qarşısında maneə qalmamasına çalışırıq".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO