Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI

Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI

Hazırda oxunan: Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI
633329
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Həbsdə olan general-leytenant Rövşən Əkbərovun gənclik illərinə aid fotosu üzə çıxıb.

Bizim.Media bildirir ki, Bakıvaxtı.az-ın redaksiyasına daxil olan foto Rövşən Əkbərovun hərbi xidmətinin gənclik dövrlərini əks etdirir.

Qeyd edək ki, Rövşən Əkbərov 1965-ci ildə anadan olub.

O, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, müxtəlif yüksək vəzifələrdə çalışıb və general-leytenant hərbi rütbəsinə yüksəlib.

Rövşən Əkbərovun adı daha sonra 2001-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində iş adamı Elçin Əliyevin öldürülməsi ilə bağlı cinayət işi üzrə gündəmə gəlib. Baş Prokurorluğun məlumatına görə, istintaq zamanı onun həmin şəxsin ölümündə iştirakına dair əsaslı şübhələr müəyyən edilib.

2021-ci ilin martında Əkbərov qəsdən adam öldürmə və xuliqanlıq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bakı Hərbi Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü ilə Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını qismən təmin edərək 40 min manat məbləğində vəsaitin ödənilməsinə qərar verib.

Onun hərbi rütbəsinin və fəxri adlarının alınması isə zəruri hesab edilməyib.

Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO