Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, qəza Gəndab-Yalama yolunun rayonun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 64 yaşlı Möhhübət Nəsib oğlu Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillə 69 yaşlı Namaz Namazovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.
Qəza nəticəsində “Hyundai”nin sürücüsü Möhübbət Quliyev və 64 yaşlı sərnişin Fəridə İsmayılova xəsarət alıb. Onlar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq onların hər ikisi xəstəxanada vəfat ediblər.
Faktı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi araşdırır.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
































































































