42 yaşlı general görün kimin oğlu imiş - FOTO

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

Hazırda oxunan: 42 yaşlı general görün kimin oğlu imiş - FOTO
632861
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Sərhəd Xidmətinin general-mayoru Nəsib Mirzəyevlə bağlı maraqlı fakt ortaya çıxıb.

Bizim.Media xəbər verir ki, Nəsib Mirzəyevin atası Tahir Mirzəyev də zabit olub və sərhəd xidmətində çalışıb. Beləliklə, Nəsib Mirzəyevin sərhədçi kimi seçdiyi peşənin ailə ənənəsi ilə də bağlı olduğu bildirilir.

Nəsib Tahir oğlu Mirzəyev 29 noyabr 1983-cü ildə Cəlilabad rayonunun Ləkin kəndində anadan olub. O, uzun illər Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə xidmət edib. 
 

General-mayor rütbəsi almamışdan əvvəl DSX-nin Çevik Hərəkət briqadasının komandiri vəzifəsində çalışıb. 2024-cü il avqustun 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Nəsib Mirzəyevə general-mayor ali hərbi rütbəsi verilib.


Nəsib Mirzəyev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlər zamanı göstərdiyi xidmətlərə görə bir sıra yüksək dövlət təltiflərinə layiq görülüb.

Onun təltifləri arasında “Zəfər” ordeni, II dərəcəli “Vətənə xidmətə görə” ordeni, III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medalı, “İgidliyə görə” medalı, “Vətən uğrunda” medalı, həmçinin “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları var.

2026-cı ilin yanvarında Nəsib Mirzəyev Dövlət Sərhəd Xidmətinin Baş idarə rəisi vəzifəsinə təyin olunub.(Bakıvaxtı.az)

42 yaşlı general görün kimin oğlu imiş - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO