Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21011" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində ağaca çırpılıb və daha sonra zərbənin təsirindən maşın yaxınlıqdakı bağa aşıb.
Qəza zamanı Əlibəyli kənd sakini 2005-ci il təvəllüdlü Niyaməddin Xəlilov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
































































































