Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Hazırda oxunan: Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

632133

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
 

Qeyd olunur ki, regionlarda əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının və turizm informasiya xidmətlərinin təkmilləşdirilməsi, habelə turist səfərlərinin təşkili və planlaşdırılmasını asanlaşdıran mexanizmlərin tətbiqi vasitəsilə regionlara turist axınının stimullaşdırılması nəzərdə tutulur.


Regionlarda yerləşən əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının (keyfiyyətli avtomobil, avtobus və dəmiryol əlaqəsi) artırılması, Naxçıvan Muxtar Respublikasına turist səyahətlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi, dəmiryol bileti satışının Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası, turistlər üçün gündəlik, həftəlik, aylıq dəmiryol bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması, həmçinin regionlarda turizm informasiya xidmətinin genişləndirilməsi görüləcək tədbirlər arasında yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO