Son günlər yayılan əlamətlər qrip deyil, mövsümi allergiyadır: infeksionist

Son günlər yayılan əlamətlər qrip deyil, mövsümi allergiyadır: infeksionist

Hazırda oxunan: Son günlər yayılan əlamətlər qrip deyil, mövsümi allergiyadır: infeksionist
631918
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son zamanlar insanlarda allergiyaya bənzər əlamətlər müşahidə olunur. Çoxları bunun səbəbini tozlu havayla əlaqələndirir, bəziləri isə infeksiya olduğunu vurğulayırlar. Sözügedən hal boğazda qaşınma, yanma, udqunmada problemlər, burun axıntısı və gözlərdə quruluqla müşahidə olunur.

Bəs görəsən, bu, mövsümi xəstəlikdir, yoxsa allergik reaksiya?

Bizim.Media xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionisti Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirib ki, bu əlamətlər qripdən daha çox mövsümi allergik reaksiyaya, o cümlədən allergik rinit və konyunktivitə uyğun gəlir:
 

“Boğazda qaşınma və qıcıqlanma, burun axması, gözlərdə qaşınma, qızartı və sulanma kimi əlamətlər tozlu hava və digər mövsümi allergenlərin təsiri ilə müşahidə oluna bilər. Qrip və digər kəskin respirator virus infeksiyaları zamanı isə boğaz ağrısı və burun əlamətləri ilə yanaşı, halsızlıq, əzələ və baş ağrıları, hərarət kimi ümumi əlamətlər daha çox nəzərə çarpır.


Bu səbəbdən, qeyd olunan şikayətlərin tozlu hava və mövsümi allergenlərin təsiri ilə əlaqəli olması daha çox ehtimal edilir.

Bununla belə, simptomların səbəbini dəqiq müəyyən etmək üçün həkim müayinəsi vacibdir. Xüsusilə yüksək hərarət, güclü halsızlıq, əzələ və baş ağrıları kimi əlamətlər yaranarsa, həkimə müraciət etmək tövsiyə olunur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO