Xankəndidə restoranda DAVA- 2 gənc həbs edildi

Xankəndidə restoranda DAVA- 2 gənc həbs edildi

Hazırda oxunan: Xankəndidə restoranda DAVA- 2 gənc həbs edildi
631796
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xankəndidə məşhur restoranın qarşısında insident olub.

Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, hadisə Kərkicahan qəsəbəsində yerləşən “Şah əsəri” restoranının qarşısında baş verib.

23 və 22 yaşlı gənclər həmin restoranın qarşısında ucadan nalayiq ifadələr işlədərək mübahisə ediblər. Hadisə zamanı onlardan biri bıçaq xəsarətləri alıb. Bu zaman polis əməkdaşları onlara irad bildirərək şöbəyə dəvət etsələr də, qanuni tələbə məhəl qoymayıblar. Nəticədə, hər iki şəxs saxlanılaraq, şöbəyə aparılıblar. Burada onlar barəsində müvafiq protokollar tərtib olunub.
 

Məlumata görə, hadisə günü restoranda bir xanımın ad günü məclisi keçirilirmiş. Həmin xanımın tanışı olan 23 və 22 yaşlı dostlar da orada iştirak ediblər. Gecə saat 22 radələrində xanım qonaqlardan birinin anası gələrək, sərxoş halda olan qızını aparmaq istəyib.


Bu zaman barəsində inzibati xəta üzrə icraat aparılan şəxslərlə xanımın anası arasında mübahisə yaşanıb. Onlar restoranın önündə nalayiq ifadələr işlədərək, asayişi pozublar.

Məhkəmənin qərarı ilə onlardan 23 yaşlı şəxs 20 gün, digəri isə 15 gün müddətinə inzibati qaydada həbs olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO