Azərbaycanın bəzi rayonlarında leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi rayonlarında leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Hazırda oxunan: Azərbaycanın bəzi rayonlarında leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
631393
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 16-ı saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-yaverilən məlumata görə, avqustun 16-sı saat 10:00 olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır.

Düşən yağıntının miqdarı Astarada 40 (aylıq normanın 48%-i), Zaqatalada 11, Qubada 9, Ağstafa, Lənkəranda 7, Daşkəsən, Tovuzda 5, Qusarda 4, Xaltanda 3, Lerik, Qaxda 2, Qrız, Altıağac, Şəki, Gədəbəy, Şəmkirdə 1 mm-dək qeydə alınıb.

Şahdağ, Altıağac, Şəmkir, Göygöl, Qax (Sarıbaş), Daşkəsən, Gədəbəydə duman müşahidə olunur. Dumanda görünüş 500 m-dək məhdudlaşır.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 21, Neftçalada isə cənub-şərq küləyinin maksimal sürəti 20 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 36, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti müşahidə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO