Avqustun 14-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır.
Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 53 (aylıq normanın 46 %-i), Balakəndə 45 (aylıq normanın 61 %-i), Zaqatalada 44 (aylıq normanın 60 %-i), Xınalıqda 40 (aylıq normanın 119 %-i), Qrızda 20 (aylıq normanın 38 %-i), Qusarda 10 (aylıq normanın 30 %-i), Gədəbəydə 10, Quba, Tovuzda 8, Ağdamda 7, Xaçmaz, Şabran, Kişçayda (Şəki) 4, Daşkəsən, Lənkəran, Ceyrançöl, Culfada 3, Şahdağ, Qəbələdə 2, Göygöl, Gəncə, Naftalan, Oğuz, Tərtər, Mingəçevir, İsmayıllı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Sabirabadda, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm qeydə alınıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:54 / 14.08.2026
Bəzi yerlərdə leysan yağır, şimşək çaxır -FAKTİKİ HAVA
Hazırda oxunan: Bəzi yerlərdə leysan yağır, şimşək çaxır -FAKTİKİ HAVA
Hazırda oxunan: Bəzi yerlərdə leysan yağır, şimşək çaxır -FAKTİKİ HAVA
631080
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































