Bakı metrosunda 299 vaqon YENİLƏNƏCƏK

Bakı metrosunda 299 vaqon YENİLƏNƏCƏK

Hazırda oxunan: Bakı metrosunda 299 vaqon YENİLƏNƏCƏK

630879

"2030-cu ilə qədər 35-40 vaqonun hərəkət tərkibinin silinməsi nəzərdə tutulub".

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Bakı Meteopoliteni" QSC-nin Baş mühəndisi Namiq Yusubov bildirib.

"Dövlət proqramında vaqon parkının da yenilənməsi xüsusi bənd olaraq qeyd edilib. Buna görə də təxmini 299 vaqonun yenilənməsi nəzərdə tutulub".

Baş mühəndis qeyd edib ki, "Bənövşəyi" xətt üzrə vaqonların artırılması nəzərdə tutulub:

"Bakı Metropolitenində 71 qatar tərkibi mövcuddur. 2030-cu ilə qədər "Bənövşəyi" xətt üzrə 200-ə yaxın vaqonun alınması nəzərdə tutulur. Digər, yaşıl və qırmızı xətlər üzrə intervalın azaldılması nəzərdə tutulur. "İçərişəhər" istiqamətində dönüş yolunun inşasından sonra intervalın azaldılması üçün imkanların yaranacağı gözlənilir. Eyni zamanda "Dərnəgül" istiqamətində gələcəkdə Y14 və Y15 stansiyalarından sonra dönüş kamerasının yaradılması da qatarların hərəkət intervalının azaldılması nəzərdə tutulub".

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO