Xarici İşlər Nazirliyi (XİN) 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə gənclərimizi təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında paylaşım edilib.
“Milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin davamlı inkişafı və müasir dövrün çağırışlarına cavab verən güclü Azərbaycan naminə nümayiş etdirdiyiniz fəallıq, təşəbbüskarlıq və əzmkarlıq böyük qürur hissi doğurur.
Əminik ki, yüksək bilik və bacarığa, innovativ düşüncəyə və vətənə bağlılığa malik gənclərimiz bundan sonrakı dövrlərdə də dövlətimizin və xalqımızın rifahına, eləcə də ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəklər” – paylaşımda deyilir.

Bizm.Media

- A-
- A
- A+
Cəmiyyət
09:54 / 12.08.2026
XİN-dən gənclərə təbrik – FOTO
Hazırda oxunan: XİN-dən gənclərə təbrik – FOTO
Hazırda oxunan: XİN-dən gənclərə təbrik – FOTO
630660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































